Operativ Məlumat Mərkəzi

Şəmkirdə 60 yaşlı kişi bıçaqlanaraq öldürülüb

1 dəq
Paylaş:
Şəmkirdə 60 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan...

Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər