Operativ Məlumat Mərkəzi

Sel suları Ağsuda yolu yararsız hala salıb - FOTO

1 dəq
Paylaş:
Sel suları Ağsuda yolu yararsız hala salıb - FOTO
bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində...

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər