Operativ Məlumat Mərkəzi

Şahzadə Middlton xərçəngdən sağalır

1 dəq
Paylaş:
Şahzadə Middlton xərçəngdən sağalır

Uels şahzadəsi Keyt Middlton xərçənglə bağlı müalicəsini başa vurduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, "X" səhifəsində video paylaşıb.

Middlton, son 9 ayın özü və ailəsi üçün çətin keçdiyini, kimyaterapiya müalicəsini başa vurduğu üçün isə çox sevindiyini bildirib. Eyni zamanda, diqqətini xərçəngdən qorunmağa yönəldəcəyini əlavə edib.

42 yaşlı şahzadə yaxın aylarda bəzi ictimai işlərə qayıdacağına inandığını deyib.

Xatırladaq ki, bu ilin yanvarında Keyt Middlton qarın nahiyəsindən əməliyyat keçirdiyini açıqlamışdı. Mart ayında isə xərçəng hüceyrələrinin aşkarlandığını və profilaktik kimyaterapiya müalicəsi almalı olduğunu bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər