Bolqarıstan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib.