Operativ Məlumat Mərkəzi

Səfərbərliyin müddəti uzadıldı - Bu ölkədə

1 dəq
Paylaş:
Səfərbərliyin müddəti uzadıldı - Bu ölkədə
bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib. “Zelenski 2024-cü il noyabrın 10-dan 2025-ci il fevralın 7-nə kimi hərbi...

Vladimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin 2025-ci il fevralın 7-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.

“Zelenski 2024-cü il noyabrın 10-dan 2025-ci il fevralın 7-nə kimi hərbi vəziyyət və ümumi səfərbərlik müddətini 90 gün uzadacaq qanunları imzalayıb”, - deyə o bildirib.

Onun sözlərinə görə, hərbi vəziyyət 13-cü dəfədir imzalanır.

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər