Səfərbərlik Xidmətinin daha bir neçə vəzifəli şəxsi həbs edilib

Səfərbərlik Xidmətinin daha bir neçə vəzifəli şəxsi həbs edilib
11.07.2023 15:02
Aa
dəq

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində baş verən qanunsuzluqlarla bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Hazırda bu cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz, Cəlilabad rayon şöbələrində və Laçın rayon bölməsində əməliyyat tədbiri keçirib. Əməliyyat zamanı şöbə rəisi bir neçə şəxs saxlanılıb.

Həftənin ən çox oxunanları

"Semka" ləqəbli "TikTok"er saxlanıldı - FOTO

DAVAMIN OXU davamın oxu

2 ton narkotik məhv edilib - VİDEO

2 ton narkotik məhv edilib - VİDEO
DAVAMIN OXU davamın oxu

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib
DAVAMIN OXU davamın oxu

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Məktəblilərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
DAVAMIN OXU davamın oxu