“Səbail” yubiley matçını keçirib

“Səbail” yubiley matçını keçirib
29.04.2024 12:02
Aa
dəq

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turu “Səbail” üçün əlamətdar olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu Premyer Liqada 200-cü oyununu keçirib.

“Səbail”in yubileyi “Sabah”la səfər matçına təsadüf edib. Hesabında 50 qələbə və 44 heç-heçə olan komanda 106-cı məğlubiyyətini alıb – 0:2.

“Dənizçilər” Premyer Liqada 2017-2018-ci illər mövsümündə debüt edib. 2017-ci il avqustun 13-də “Zirə”nin qonağı olan “dənizçilər” 1:3 hesabı ilə məğlub olub.

Həftənin ən çox oxunanları