Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ŞƏT liderləri İrana dəstək bəyan etdilər

1 dəq
Paylaş:
ŞƏT liderləri İrana dəstək bəyan etdilər

Şanxay Təşkilatına (ŞƏT) üzv dövlətlər İranın suverenliyi və bütövlüyünə dəstəklərini bir daha təsdiqləyiblər.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qırğızıstanda keçirilən ŞƏT sammiti çərçivəsində qəbul edilən Bişkek Bəyannaməsində Yaxın Şərqdə və İran ətrafında baş verən proseslərdən ciddi narahatlıq olunub.

Bəyanatda İran ərazisinə endirilən hərbi zərbələr qətiyyətlə pislənib. Bu hücumların dinc əhali arasında çoxsaylı insan tələfatına və ölkə iqtisadiyyatına ciddi ziyan vurduğu bildirilib.

Sənəddə qeyd olunub ki, bu cür hərəkətlər hüququn norma və prinsiplərini, eləcə də BMT Nizamnaməsini kobud şəkildə pozur və qlobal sülh və üçün ciddi təhdid yaradır.

ŞƏT ölkələri mövcud münaqişənin yalnız siyasi və diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə