Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-İran sülh danışıqları nə yerdədir? - Şahbaz Şərif Ciddədədir

2 dəq
Paylaş:
ABŞ-İran sülh danışıqları nə yerdədir? - Şahbaz Şərif Ciddədədir

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Pakistanın Şərif Ciddədə regional və məsələləri müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Səudiyyə Xəbər Agentliyi (SPA) məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər ABŞ və İran arasında Pakistanda keçirilən son danışıqlara da toxunublar.

Səudiyyə Ərəbistanının vəliəhdi regionda sabitliyin bərpası üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin və Pakistan ordusunun komandanı general Asim Munirin danışıqlar prosesindəki rolunu yüksək qiymətləndirib.

Bildirilib ki, Şahbaz Şərif ABŞ-İran danışıqlarının ikinci raundu öncəsi , Qətər və Türkiyəyə dörd günlük səfər etməyi planlaşdırır.

Qeyd edək ki, Pakistan İran və ABŞ arasında vasitəçi kimi fəal rol oynayır. Aprelin 11-12-də tərəflər arasında danışıqlar İslamabadda Pakistanın vasitəçiliyi ilə keçirilib və bu görüşlərin yaxın vaxtlarda davam etdirilməsi istisna olunmur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax