Əsas məzmuna keç

Şanlıurfada 16 nəfər məktəbə hücumla bağlı saxlanıldı

Şanlıurfada 16 nəfər məktəbə hücumla bağlı saxlanıldı

Siverekdəki Ahmet Koyuncu liseyində baş verən silahlı insidentin yeni təfərrüatları: Çoxu şagird olan 16 yaralı var, şübhəlilər nəzarətə götürülüb. Dəhşətli anlar...

en ru

Təhlükəsizlik Baş İdarəsi tərəfindən verilən rəsmi məlumata görə, Şanlıurfa vilayətinin rayonunda yerləşən Koyuncu və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla əlaqədar 16 şübhəli saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "Haber Global"a istinadən xəbər verir.

"14 aprel 2026-cı ildə Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı araşdırmalar çərçivəsində 16 şübhəli saxlanılıb. Şübhəlilərə qarşı məhkəmə prosesi davam edir", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, məktəbdəki silahlı insident zamanı əksəriyyəti şagirdlər olmaqla ümumilikdə 16 nəfər yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…