“Samsung” öz cihazlarında “Google” axtarış sistemini silib, "Bing"dən istifadə edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, belə iddia ilə "The New York Times" çıxış edib.
İddialara görə, "Google" və "Samsung" arasında müqavilə danışıqları davam edir. Danışıqlar uğursuz nəticələnərsə, şirkət bu axtarış sistemindən imtina edəcək.