Əsas məzmuna keç

Şahmatçılarımızdan daha bir qələbə

Şahmatçılarımızdan daha bir qələbə

Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb. Kişi şahmatçılardan ibarət Azərbaycan yığması IV...

Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Olimpiadasında 4-cü tur başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kişi şahmatçılardan ibarət yığması IV turda Monteneqro üzərində qələbə qazanıb – 3:1. Hesabat turunda Aydın Süleymanlı ilə Məmmədyarov qalib gəliblər. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıblar.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib – 3:1. Günay Məmmədzadə ilə Gövhər Beydullayeva partiyanı qələbə ilə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.

Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…