Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

1 dəq
Paylaş:
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri səfər çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

Milli Məclisdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.

Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti, həmçinin Varşava Üsyanı Muzeyi ilə də tanış olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər