Əsas məzmuna keç

DTX rəhbərliyi 20 Yanvar faciəsinin ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib

DTX rəhbərliyi 20 Yanvar faciəsinin ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev və qurumun əməkdaşları...

en ru

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin () rəisi, general-polkovnik Əli Nağıyev və qurumun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

DTX-nin Mətbuat xidmətinin “Operativ Məlumat Mərkəzi-OMM”-ə verdiyi məlumata görə, ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin xatirəsi dərin ehtiram və hüznlə anılıb.

“Əbədi məşəl” abidəsi qoyulub

Anım mərasimi çərçivəsində DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Bununla yanaşı, Şəhidlər xiyabanında dəfn olunmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət edilib.

Qeyd olunub ki, bu cür anım tədbirləri 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulması, gənc nəsillərə milli yaddaşın ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…