Əsas məzmuna keç

"Şadam ki, Ermənistanla Azərbaycan arasında ticarət əlaqələri qurulur"

"Şadam ki, Ermənistanla Azərbaycan arasında ticarət əlaqələri qurulur"

Nikol Paşinyan Bakı ilə iqtisadi işbirliyinin detallarını açıqladı. İrəvan idxal-ixrac planlarını hazırlayır. Rusiya ilə dəmir yolu müzakirələrində son durum.

en ru

" və arasındakı münasibətlərdə iqtisadi gündəm siyasi gündəmdən üstündür və bu, yaxşı haldır“

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol deyib.

"Görünür, iqtisadi gündəm siyasi gündəmdən üstündür və bu yaxşıdır, çünki siyasi proqramlar iqtisadi gündəmə xidmət edir. Mən ki, Ermənistanla Azərbaycan arasında əlaqələri qurulur. Ümid edirəm ki, tezliklə biz yalnız Azərbaycandan mal idxal etməklə kifayətlənməyəcəyik, həm də Ermənistandan Azərbaycana mal ixrac edəcəyik", - o bildirib.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Rusiyadakı tərəfdaşları ilə Ermənistan Dəmir Yolunun konsessiya idarəetməsinin başqa ölkəyə verilməsi ilə bağlı işgüzar danışıqlar aparır:

“Rusiyadakı tərəfdaşlarımızla işgüzar danışıqlar aparılır. Və biz bu məsələdə müəyyən bir anlaşma görürük və buna görə minnətdarıq, çünki təkrar edirəm, sözlərimizdə Rusiyaya qarşı heç bir şey yoxdur. Biz sadəcə obyektiv vəziyyəti tərəfdaşlarımızla bölüşürük. Biz deyirik ki, Ermənistan bu vəziyyətdə sadəcə rəqabət üstünlüklərini itirir və bizim başqa heç bir motivimiz yoxdur və ümid edirəm ki, konkret həllərə çata bilərik”

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…