Əsas məzmuna keç

Sabirabadda narkotik bitki yetişdirən 4 nəfər saxlanılıb

Sabirabadda narkotik bitki yetişdirən 4 nəfər saxlanılıb

Sabirabadda çətənə kolları yetişdirən 4 nəfər saxlanılıb. DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən...

Sabirabadda çətənə kolları 4 nəfər saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Sabirabad Rayon Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…