Operativ Məlumat Mərkəzi

Sabirabadda bələdiyyə işçiləri barədə cinayət işi məhkəməyə göndərilib

2 dəq
Paylaş:
Sabirabadda bələdiyyə işçiləri barədə cinayət işi məhkəməyə göndərilib
Sabirabad bələdiyyə sədrlərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi yekunlaşdı. İstintaq nəticələri.

Sabirabad rayon Qaralar bələdiyyəsinin sabiq sədri Nəzirağa Quliyev və onun müavini, hazırkı bələdiyyə sədri Niyaməddin Məmmədovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla Nəzirağa Quliyev və Niyaməddin Məmmədovun 2015-2019-cu illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin mülkiyyət hüququ tanınmayan torpaq sahəsini satmalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sabirabad rayon məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər