Əsas məzmuna keç

Sabirabadda 16 yaşlı oğlan Kürdə boğulub

Sabirabadda 16 yaşlı oğlan Kürdə boğulub

Avqustun 8-də Sabirabad Rayon Şöbəsinə və Qaragüney Polis Bölməsinə rayonun Muğan Gəncəli kənd sakini, 2007-ci il təvəllüdlü R.Məlikzadənin itkin düşməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidovun "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində R.Məlikzadənin meyiti bu gün səhər saatlarında çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.

10:16***

Sabirabadda 16 yaşlı oğlan boğulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kür çayının rayonun Muğan Gəncəli kəndindən keçən hissəsindən naməlum şəxsə məxsus paltarlar aşkar edilib.

Həmin paltarların 2007-ci il təvəllüdlü Məlikzadə Babək Rafət oğluna məxsus olduğu məlum olub.

Onun çayda boğulması ehtimal edilir. FHN-in dalğıcları tərəfindən onun axtarışları hazırda davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…