“Sabah”ın iki futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsinin üç turundan sonra fərdi statistik göstəricilərdə ilk üçlükdə yer alıb.
UEFA-nın rəsmi statistikasına əsasən, qapıçı Stas Pokatilov seyvlərin sayına görə ikinci, müdafiəçi Akim Zedadka isə topa sahibliyin bərpası göstəricisində üçüncüdür.
Pokatilov 18 seyv edib
Pokatilov keçirdiyi üç oyunda 18 seyvə imza atıb. Bu göstəricidə onu yalnız Bratislava “Slovan”ının qapıçısı Dominik Takaç qabaqlayır. Slovakiyalı qolkiperin hesabında 20 seyv var.
“Sabah”ın Dortmund “Borussiya”sı ilə son matçında Pokatilov yeddi dəfə komandasını qoldan xilas edib. Bakı klubu həmin qarşılaşmada 1:2 hesabı ilə uduzub.
Zedadka üçüncü, “Sabah” komanda göstəricisində dördüncüdür
Zedadka topa sahibliyin bərpası üzrə 22 göstərici ilə üçüncü yerdədir. Onu Dortmund “Borussiya”sının müdafiəçisi Valdemar Anton 25, “Vilyarreal”ın futbolçusu Santyaqo Mourinyo isə 23 göstərici ilə qabaqlayır.
“Sabah” komanda statistikası üzrə də ön sıralardadır. Bakı təmsilçisi 46 uğurlu topalma ilə Çempionlar Liqasında dördüncü yeri bölüşür. Bu rəqəmlər komandanın turnirin ilk üç turunda müdafiədə gördüyü işin həcmini əks etdirir.