Sabahdan şəhərin mərkəzi 9 günlük bağlanır

Sabahdan şəhərin mərkəzi 9 günlük bağlanır
08.09.2024 16:26
Aa
dəq

13-15 sentyabr tarixlərində baş tutacaq “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə  paytaxın bir sıra yolları bağlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 7-si gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Xatırladaq ki, Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.  

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək.

Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir.

Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə Tel: (012) 497-35-89

Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4

Xəqani küçəsi 26/32 Tel: (012) 498 88 06

Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58

İstiqlaliyyət küçəsi 5 Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək. 

Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BŞH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz. 

Həftənin ən çox oxunanları

Bu ərazilərdə su KƏSİLƏCƏK

Bu ərazilərdə su KƏSİLƏCƏK
DAVAMIN OXU davamın oxu

Yol Polisi yol hərəkəti iştirakçılarına müraciət edib

Yol Polisi yol hərəkəti iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bu ilin yanvar-iyul ayları ərzində 1928 əkiz uşaq doğulub

Bu ilin yanvar-iyul ayları ərzində 1928 əkiz uşaq doğulub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda əhalinin sayı açıqlanıb

Azərbaycanda əhalinin sayı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə edib

Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə edib
DAVAMIN OXU davamın oxu