Əsas məzmuna keç

“Sabah” “Zirə”yə, “Şamaxı” “Kəpəz”ə qalib gəldi

“Sabah” “Zirə”yə, “Şamaxı” “Kəpəz”ə qalib gəldi

ikinci oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.Günün ilk qarşılaşmasında “Kəpəz” Yevlaxda “Şamaxı”nı sınağa çəkib. Oyunda “Şamaxı” 2:0 hesabı ilə...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Misli Premyer Liqasında 18-ci turun görüşləri davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.

Günün ilk qarşılaşmasında “Kəpəz” Yevlaxda “”nı sınağa çəkib. Oyunda “Şamaxı” 2:0 hesabı ilə üstün olub.

“Şamaxı” qələbə sayəsində xallarının sayını 23-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. Gəncə klubu isə 12 11-cidir. Bu komandaların ilk dövrədəki oyununda Azər Bağırovun komandası Şamaxıdan 4:1 hesablı qələbə ilə qayıdıb.

Günün ikinci matçında “Zirə” öz meydanında “Sabah”la qarşılaşıb. Matç “Sabah”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Sabah” xallarını 43-ə liderliyini möhkəmlədib. Rəşad Sadıqovun komandası isə 29 xalla 5-ci pillədə qərarlaşıb.

Masazır təmsilçisi son 6 turda xal itirmədiyi halda, “Zirə” ardıcıl 4 görüşdür qələbə qazanmayıb.

Bu komandaların ilk dövrədəki görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

31 yanvar (şənbə)

17:00. “Zirə” - “Sabah” - 1:3

Qol: Velko Simiç, 10 (0:1), İvan Lepiniça, 22 (0:2), Xəyal , 27 (0:3), Davit Volkov, 83 (1:3)

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Rəhman İmami

Zirə İdman Kompleksinin stadionu

14:30. “Kəpəz” - “Şamaxı” - 0:2

Qollar: A.Ağcabəyov, 12, K.Rossi, 45+1

Hakimlər: Cavid Cəlilov, Bayramov, Müslüm Əliyev, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Asiman Əzizli

Yevlax şəhər stadionu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…