Operativ Məlumat Mərkəzi

Sabah Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq

1 dəq
Paylaş:
Sabah Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq
"Azəriqaz" İB Qaradağ və Binəqədi sakinlərinə müraciət edib. İB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, sentyabrın 4-ü saat 10:00-dan Qaradağ...

"Azəriqaz" İB Qaradağ və Binəqədi sakinlərinə müraciət edib.

İB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, sentyabrın 4-ü saat 10:00-dan Qaradağ rayonu, Sahil qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması, həmçinin “Tbilisi prospekti” ölçü qovşağından qidalanan “Motodrom” əhali qaz kəməri üzərində və Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan zaman Qaradağ rayonu, Sahil qəsəbəsinin tam olaraq və Binəqədi rayonu, Motodrom ərazisinin, eləcə də Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər