Operativ Məlumat Mərkəzi

Sabah paytaxtın 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

1 dəq
Paylaş:
Sabah paytaxtın 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
14 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov...

14 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddət ərzində sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər