Bazar ertəsi (3 aprel - Red) Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavinləri arasında danışıqlar aparılacaq, bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TASS” mənbəyə istinadən məlumat yayıb.
“Sabah xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr aparılacaq. Artıq bütün nümayəndə heyətləri Moskvaya gəlib”, - mənbə bildirib.