Operativ Məlumat Mərkəzi

Sabah maqnit qasırğası olacaq

1 dəq
Paylaş:
Sabah maqnit qasırğası olacaq
Növbəti maqnit qasırğasının yanvarın 23-də olacağı gözlənilir. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının...

Növbəti maqnit qasırğasının yanvarın 23-də olacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Bildirilib ki, maqnit qasırğası yanvarın 23-də səhər tezdən başlayacaq və günortadan sonra səngiyəcək. Maqnit qasırğasının zəif (G1 səviyyəsi) olacağı proqnozlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər