Əsas məzmuna keç

Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - PROQNOZ

Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - PROQNOZ

Sabah bəzi rayonlara qısamüddətli leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

Sabah bəzi rayonlara qısamüddətli xarakterli yağacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, çaxacağı ehtimalı var. Şimal-qərb gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 50-60% olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…