Əsas məzmuna keç

Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

Sinoptiklər Bakı və Abşeron yarımadasında anomal istilərlə bağlı xəbərdarlıq edib. Havanın temperaturu rekord həddə çatacaq, ehtiyatlı olun.

ru en

Bakıda və yarımadasında avqustun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-şərq axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…