Sabah 36 dərəcə isti olacaq, qısamüddətli yağış yağacaq

Sabah 36 dərəcə isti olacaq, qısamüddətli yağış yağacaq
18.07.2024 10:19
Aa
dəq

İyulun 19-da gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 14-18° isti, gündüz 18-23° isti olacaq.

Həftənin ən çox oxunanları

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Şənbə günü yağış yağacaq - PROQNOZ

Şənbə günü yağış yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq
DAVAMIN OXU davamın oxu

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək

Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək
DAVAMIN OXU davamın oxu