Əsas məzmuna keç

Narkotik satışı ilə məşğul olmaqda təqsirləndirilən 2 nəfər həbs edilib

Narkotik satışı ilə məşğul olmaqda təqsirləndirilən 2 nəfər həbs edilib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən...

Saatlı Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Aslan Abuşovun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov da saxlanılıb.

Həmin şəxsdən satış məqsədilə əldə etdiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…