Əsas məzmuna keç

DİN 68 kq narkotiki dövriyyədən çıxarıb, 8 nəfər tutulub

DİN 68 kq narkotiki dövriyyədən çıxarıb, 8 nəfər tutulub

Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində qanunsuz vasitələrin satışı ilə məşğul olan şəbəkə ifşa edilib. Saxlanılan 8 nəfər barəsində araşdırma gedir.

en ru

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərlə E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar. Onlardan ümumilikdə 68 kiloqram və 1600 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…