Operativ Məlumat Mərkəzi

"Saat 06:45 radələrində..." - MN TƏCİLİ MƏLUMAT YAYDI

1 dəq
Paylaş:
"Saat 06:45 radələrində..." - MN TƏCİLİ MƏLUMAT YAYDI
Ermənistan Azərbaycan Ordusunun Naxçıvan mövqelərini atəşə tutub. MN-dən təcili açıqlama - avqustun 28-i hadisəsi.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər