Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmas hələ razılaşdırılmayıb, lakin Rusiya buna daxili hazırlıqlar aparır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Əlaqə ilə bağlı razılıq hələ əldə olunmayıb. Daxili hazırlıqlar davam edir. Vaşinqtondan yəqin ki, daha aydın və konkret nəsə eşidəndə proqramları və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq".