Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya MN Ukraynanın enerji obyektlərinə zərbələr endirildiyini açıqlayıb

2 dəq
Paylaş:
Rusiya MN Ukraynanın enerji obyektlərinə zərbələr endirildiyini açıqlayıb

Rusiya bu gecə Ukraynanın yanacaq-energetika kompleksinə aid obyektlərə kütləvi endirildiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" quruma istinadən xəbər verir ki, bu Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyacları üçün istifadə olunan infrastrukturu hədəf alıb.

Hərbi idarənin yaydığı açıqlamada qeyd olunur ki, zamanı yüksək dəqiqlikli yer və hava bazalı silahlar, eləcə də uzaqmənzilli zərbə dronlarından istifadə edilib. Rusiya tərəfi bu addımı Kiyev rejiminin həyata keçirdiyi terror hücumlarına cavab kimi xarakterizə edib.

Məlumata görə, hücumlar nəticəsində aşağıdakı obyektlərə ciddi ziyan dəyib:

  • Kiyev vilayətinin "Borispol-2" yaşayış məntəqəsində yanacaq-sürtkü materialları anbarı;
  • Poltava vilayətindəki "Zaturino" neft emalı zavodu.

Xatırladaq ki, 2022-ci il fevralın 24-dən etibarən Rusiya ilə Ukrayna arasında genişmiqyaslı hərbi münaqişə davam edir. Rusiya rəhbərliyi bu əməliyyatın məqsədini "Ukraynanın demilitarizasiyası və denasifikasiyası" kimi əsaslandırsa da, Qərb dövlətləri buna cavab olaraq Moskvaya qarşı sərt sanksiyalar tətbiq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax