Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Ukraynanın hərbi obyektlərinə zərbələr endirdi

2 dəq
Paylaş:
Rusiya Ukraynanın hərbi obyektlərinə zərbələr endirdi

Rusiya Ukraynanın Kiyev və Odessa bölgəsində hərbi obyektlərə gecə saatlarında genişmiqyaslı zərbələr endirildiyini bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirliyin məlumatına görə, hücumlar yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.

Bildirilib ki, zamanı Kiyevdə yerləşən “Rapid” logistika şirkətinin sənaye müəssisəsi və “Kiev-1” obyektindəki PUA anbarı məhv edilib. Rusiya tərəfi iddia edir ki, həmin obyektlər uzun və orta mənzilli pilotsuz uçuş aparatlarının yığılması və saxlanılması üçün istifadə olunurdu.

Məlumata görə, Odessa bölgəsində yerləşən liman infrastrukturu da hücumların hədəfi olub. Rusiya Odessa və Yujnıy limanlarında hərbi yüklərin, yanacaq və sürtkü materiallarının saxlanıldığı obyektlərə zərbələr endirildiyini açıqlayıb.

Nazirliyin iddiasına əsasən, Odessa limanında beş yanacaq çəni vurulub, Çornomorsk limanına doğru hərəkət edən və Ukrayna ordusu üçün yük daşıyan gəmi zərərsizləşdirilib. Həmçinin İlan adası yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Qüvvələrinə məxsus katerin məhv edildiyi bildirilib.

Qeyd edək ki, bu məlumatlar yalnız Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax