Rusiya hökuməti daxili yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün təyyarə yanacağının ixracına müvəqqəti qadağa tətbiq edib. Xarici KİV-in məlumatına görə, müvafiq qərar 5 ay müddətini əhatə edir və 30 noyabr tarixinədək qüvvədə qalacaq.
Rəsmi açıqlamada qeyd olunub ki, hökumətlərarası sazişlər əsasında həyata keçirilən yanacaq tədarükləri bu məhdudiyyətdən kənar tutulacaq.
Xatırladaq ki, Rusiya hökuməti daxili bazarda qiymət və təchizat sabitliyini qorumaq üçün vaxtaşırı müxtəlif yanacaq növlərinin ixracına məhdudiyyətlər tətbiq edir. Belə ki, cari ilin aprel ayının 1-dən etibarən ölkədə benzinin ixracına da qadağa qoyulmuşdu.