Rusiya Ukrayna və Fransa mütəxəssislərini Afrikadakı terror qruplaşmaları ilə bağlı fəaliyyətdə ittiham edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Afrika ölkələri departamentinin direktoru Anatoli Başkin “TASS” agentliyinə açıqlamasında bildirib.
Məlumata görə, Başkin iddia edib ki, Ukrayna və Fransa mütəxəssisləri Afrika qitəsində fəaliyyət göstərən terrorçu qruplaşmaların əməliyyatlarının planlaşdırılmasında iştirak edirlər. Rusiya rəsmisinin sözlərinə əsasən, söhbət yalnız kəşfiyyat məlumatlarının ötürülməsindən deyil, eyni zamanda döyüş vasitələrinin tətbiqi və əməliyyatların hazırlanması prosesindən gedir.
Qeyd olunub ki, daha əvvəl bəzi mənbələrdə Afrikadakı silahlı qruplaşmaların əlində Ukrayna istehsalı olduğu iddia edilən pilotsuz uçuş aparatlarının aşkarlandığı barədə məlumatlar yayılıb. Rəsmi Kiyev və Paris isə bu ittihamlarla bağlı hələlik açıqlama verməyib.