Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev U-23 dünya çempionatında bürünc medal qazanıb.
77 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə ukraynalı İrfan Mirzoyevlə qarşılaşıb.
Nurullayev rəqibinə 3:1 hesabı ilə qalib gələrək mundialın bürünc medalına sahib çıxıb.