Rusiya Ukrayna sərhədində partlayış və döyüş olub

Rusiya Ukrayna sərhədində partlayış və döyüş olub
02.03.2023 14:54
Aa
dəq

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Tula bölgəsində partlayış, Kursk və Bryansk vilayətlərində isə döyüş olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-inə istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatoru Roman Starovoyt Tetkino qəsəbəsində Ukrayna hərbçiləri ilə baş verən atışma nətiəsində bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığını bildirib.

Məlumata görə, Tula vilayətinin Beryozovsk qəsəbəsindən bir km aralıda baş verən partlayış nəticəsində böyük çala yaranıb. Mütəxəssislər hadisə yerində araşdırma aparırlar.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Lyubeçan və Suşan kəndlərində ukraynalı hərbçilərlə döyüş olduğunu bildirib. Atışma nəticəsində ölənlərin və yaralananların olduğu da qeyd edilib.

Hadisələr fonunda yayılan xəbərlərə əsasən, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Həftənin ən çox oxunanları

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır
DAVAMIN OXU davamın oxu

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
DAVAMIN OXU davamın oxu

Dünyada yeni virus yayıldı - Yoluxanlar var

Dünyada yeni virus yayıldı - Yoluxanlar var
DAVAMIN OXU davamın oxu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu
DAVAMIN OXU davamın oxu

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb
DAVAMIN OXU davamın oxu