Rusiyanın Tümen vilayətində daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Rusiyanın Tümen vilayətində daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
08.04.2024 19:34
Aa
dəq

Rusiyanın Tümen vilayətinin qubernatoru Aleksandr Moor daşqın təhlükəsi ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Orenburq vilayətində Ural çayında bəndin partlaması nəticəsində yaranan daşqınlardan bir çox rayonlar zərər çəkib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, ölkənin 39 rayonunda 10 min 400-dən çox evi su basıb.

Kreml Sarayından verilən açıqlamaya görə, Rusiya prezidenti Vladimir Putin fövqəladə hallar naziri Aleksandr Kurenkov, həmçinin Orenburq, Kurqan və Tümen vilayətlərinin qubernatorları ilə görüşüb və daşqınla bağlı məlumat alıb.

Putin Rusiya hökumətinə xüsusi komissiya yaratmağı tapşırıb.

Orenburq vilayətinin Orsk şəhərində aprelin 6-da axşam saatlarında Ural çayında bəndin partlaması nəticəsində 2400-dən çox evi su basıb.

Daşqın səbəbindən qapalı qalan minlərlə insanı xilas etmək üçün təxliyə işlərinə başlanılıb.

Həftənin ən çox oxunanları

İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB

İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
DAVAMIN OXU davamın oxu

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
DAVAMIN OXU davamın oxu

Türkiyə XİN: Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq

Türkiyə XİN: Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq
DAVAMIN OXU davamın oxu