Rusiya təhlükəsizliyi üçün mümkün vasitələrlə təmin olunacaq

Rusiya təhlükəsizliyi üçün mümkün vasitələrlə təmin olunacaq
22.03.2023 12:15
Aa
dəq

Rusiyanın təhlükəsizliyi bütün mümkün vasitələrlə təmin ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov brifinq zamanı çıxışında deyib.

Diplomat qeyd edib ki, Rusiya Federasiyasının təhlükəsizliyi bütün mümkün vasitələrlə təmin ediləcək və ölkəsinin qətiyyətini heç bir ABŞ pilotsuz uçan aparatı (PUA) sarsıda bilməyəcək.

“ABŞ konqresmenləri Ukraynaya kasetli bombaların tədarükünün yaratdığı təhlükədən xəbərsizdirlər. Onlar Kiyevi təchiz etmək üçün getdikcə daha ölümcül silah sistemlərini nəzərdən keçirir. Rusiya rəsmi Vaşinqtonu gərginliyi azaltmağa çağırır” - deyə Ryabkov əlavə edib.

XİN rəhbərinin müavini həmçinin bildirib ki, ABŞ-ın atdığı addımlar rəsmi Vaşinqtonun Ukrayna münaqişəsində iştirak edən tərəf kimi statusunu bir daha təsdiqləyir.

Ryabkov onu da əlavə edib ki, Rusiya və Çin liderləri ABŞ-ı hərbi gərginliyi azaltmağa çağırır, lakin hazırda bunun əksi baş verir.

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu