Operativ Məlumat Mərkəzi

Rusiyanın Oryol vilayətinə PUA-larla hücum olub

1 dəq
Paylaş:
Rusiyanın Oryol vilayətinə PUA-larla hücum olub
bunu vilayətin qubernatoru Andrey Klıçkov bildirib. Onun sözlərinə görə, PUA-lar yanacaq-energetika kompleksinə zərbələr endirib. Nəticədə yanğın baş...

Rusiyanın Oryol vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu vilayətin qubernatoru Andrey Klıçkov bildirib.

Onun sözlərinə görə, PUA-lar yanacaq-energetika kompleksinə zərbələr endirib. Nəticədə yanğın baş verib.

A.Klıçkov yanğının lokallaşdırıldığını və 2 PUA-nın zərərsizləşdirdiyini söyləyib.

Qubernatorun sözlərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Vəziyyət nəzarət altındadır. O, şəhər sakinlərinə ayıq-sayıq olmaları barədə çağırış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər