Rusiya nüvə silahlarının Belarus ərazisində xüsusi anbarda saxlanması nəzərdə tutulur.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə belaruslu həmkarı Viktor Hrenin ilə görüşü zamanı protokol imzalayıblar.
Belarus Müdafiə Nazirliyindən verilən açıqlamada, “Belarus müdafiə naziri Viktor Hrenin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə ikitərəfli görüş keçirib. Hərbi rəhbərlər hərbi-siyasi vəziyyəti və müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb", - deyə bildirilib.