Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Belə ki, Rusiya indiyə qədər 231 700 hərbçi, 4062 ədəd tank, 7917 ədəd zirehli döyüş maşını, 4288 ədəd artilleriya sistemi, 656 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 395 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6865 ədəd avtomobil texnikası, 3614 ədəd PUA, 1264 qanadlı raket, 18 gəmi/qayıq, 598 xüsusi avadanlıq itirib.