Operativ Məlumat Mərkəzi

Rusiyadan Azərbaycana yeni reyslər açılır - CƏDVƏL

1 dəq
Paylaş:
Rusiyadan Azərbaycana yeni reyslər açılır - CƏDVƏL
bu barədə aviaşirkətdən məlumat verilib. Bildirilir ki, Novosibirskdən Bakıya uçuşlar həftədə iki dəfə - çərşənbə və cümə günləri, əks istiqamətdə isə...

Rusiyanın “İrAero” aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə yeni reyslər açır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

Bildirilir ki, Novosibirskdən Bakıya uçuşlar həftədə iki dəfə - çərşənbə və cümə günləri, əks istiqamətdə isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Bundan əlavə, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “İrAero”ya Omskdan Bakıya uçuşlar həyata keçirməyə icazə verib. Aviaşirkət həftədə üç dəfə Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyi planlaşdırır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər