Əsas məzmuna keç

Rusiyada taun həyəcanı: Azərbaycana təhlükə varmı? – Səhiyyə Nazirliyindən AÇIQLAMA

Rusiyada taun həyəcanı: Azərbaycana təhlükə varmı? – Səhiyyə Nazirliyindən AÇIQLAMA

məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, İrkutsk vilayətində taunla bağlı yayılan...

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • İrkutsk vilayətində bir şəxsin taunla öldüyü və onunla təmasda ola biləcək şəxslərin karantinə alındığı barədə məlumatlar yayılıb.
  • Səhiyyə Nazirliyi Azərbaycanda əlavə məhdudlaşdırıcı tədbirlərə ehtiyac olmadığını, epidemioloji vəziyyətin sabit olduğunu bildirib.
  • Nazirliyin məlumatına görə, Azərbaycanda son 50 ildə taun qeydə alınmayıb; Rusiyadan gələnlər nəzarətdə saxlanılır.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Rusiyanın İrkutsk vilayətində xəstəliyi ilə bağlı məlumatlar Azərbaycanda da narahatlıq yaradıb. Bir şəxsin taun xəstəliyindən öldüyü və onunla təmasda ola biləcək şəxslərin karantinə alındığı barədə məlumatlardan sonra xəstəliyin Azərbaycana keçmə ehtimalı ilə bağlı suallar yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, İrkutsk vilayətində taunla bağlı yayılan məlumatlar nəzarətdə saxlanılır.

Nazirlik hazırda Azərbaycanda taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsinə ehtiyac olmadığını açıqlayıb.

“Hazırda ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı, epidemioloji vəziyyət daim qiymətləndirilir və ehtiyac yarandığı halda müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər”, – deyə qurumdan bildirilib.

Azərbaycanda son 50 ildə taun qeydə alınmayıb

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb.

Hazırda ölkədə epidemioloji vəziyyətin sabit olduğu və aidiyyəti qurumların nəzarəti altında saxlanıldığı bildirilib.

Nazirlikdən həmçinin qeyd olunub ki, Rusiyadan Azərbaycana gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri mövcud tələblərə uyğun şəkildə həyata keçirilir.

Şübhəli hal aşkar olunarsa, xəstədən götürülən nümunələrin laborator müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparıla bilər.

Mərkəzin taun və digər xüsusi təhlükəli infeksiyaların aşkarlanması və onlara epidemioloji nəzarətin həyata keçirilməsi üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunduğu bildirilib.

Taun necə yayılır?

Səhiyyə Nazirliyinin məlumatına görə, taun əsasən təbii ocaqlı infeksiyadır. Xəstəliyin törədicisi Yersinia pestis bakteriyasıdır.

Taun təbiətdə əsasən gəmiricilər və birələr arasında dövr edir. İnsan isə əsasən yoluxmuş heyvan və ya birələrlə təmas nəticəsində xəstəliyə yoluxa bilər.

Xəstəliyin ağciyər forması zamanı isə yoluxma tənəffüs yolu ilə də baş verə bilər.

Taun müalicə olunurmu?

Nazirlikdən bildirilib ki, taun müalicə olunan xəstəlikdir. Erkən diaqnostika və vaxtında tibbi müdaxilə xəstəliyin müalicəsində mühüm əhəmiyyət daşıyır.

Hazırkı məlumatlara əsasən, Azərbaycanda əhali üçün xüsusi narahatlığa əsas verən vəziyyət yoxdur.

vətəndaşlara taunla bağlı yalnız rəsmi mənbələrdən yayılan məlumatlara istinad etməyi tövsiyə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…