Rusiyanın Primorye diyarında “Mi-2” helikopterinin qəzaya uğrayaraq elektrik xəttinin üzərinə düşməsi nəticəsində “Transneft”in stansiyasına elektrik enerjisinin verilməsi dayanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “dv.kp” məlumat yayıb.
Bildirilib ki, hadisə bir neçə gün əvvəl baş versə də, məlumat mayın 12-də yayılıb. Məlumata görə, mayın 9-da “Transneft”in əməkdaşları elektrik xəttində qəzanın baş verdiyini müşahidə ediblər. İki gün sonra çətin keçilən əraziyə yetişərək əraziyə atılmış “Mi-2” helikopteri görüblər. Helikopterin pilotu hadisə yerində olmayıb. Polis əməkdaşları onun Vladivostok sakini, 64 yaşlı Viktor Q.-ya mənsub olduğunu müəyyənləşdirib. O, üç gündür axtarılır, adamlardan kömək almağa getdiyi və azdığı ehtimal olunur.