Fevralın 25-dən bəri ölkədə keçirilən prezident seçkilərində 43,6 mindən çox insan vaxtından əvvəl səs verib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib.
Pamfilova qeyd edib ki, Rusiya prezident seçkilərində 3,185 milyon seçici elektron səsvermədə iştirak etmək üçün müraciət edib.
Onun sözlərinə görə, səyyar seçici xidməti vasitəsilə daimi yaşayış yerlərindən kənarda səsvermə üçün daha 1,87 milyon müraciət daxil olub.
Qeyd edək ki, Rusiya Federasiyasında prezident seçkiləri martın 15-17-də keçiriləcək.