Rusiyanın Kamçatka vilayətində 6,1 bal gücündə zəlzələ olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilir ki, zəlzələ ocağı 39 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda olub. Dağıntı və tələfat yoxdur.