Rusiyada ABŞ kəşfiyyat orqanlarının casusluq əməliyyatları ilə bağlı narahatlıqlarına görə, dövlət işçilərinə bütün Apple cihazlarından istifadə qadağan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Financial Times"a istinadən xəbər verir ki, bazar ertəsindən etibarən ölkənin ticarət nazirliyi "İPhone"ların bütün biznes istifadəsini qadağan edib.
Qeyd olunub ki, Vladimir Putin ötən il mühüm informasiya infrastrukturunda olan qurumlara 2025-ci ilə qədər yerli proqram təminatına keçməyi əmr edən fərman imzalayıb.