Əsas məzmuna keç

Rusiya XİN: “Tramp marşrutu” layihəsində iştirakımız səmərəlidir

Rusiya XİN: “Tramp marşrutu” layihəsində iştirakımız səmərəlidir

Mixail Qaluzin İrəvanın Aİ inteqrasiyasını sərt tənqid edib. Rusiya rəsmisi Bakı ilə dəmir yolu əlaqəsi və tranzit daşımaların yeni qaydaları barədə nə dedi?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Rusiyanın nazirinin müavini Mixail Qaluzin Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətini edib və "TRİPP" layihəsi çərçivəsində müzakirə olunan "Tramp marşrutu" ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Qaluzin bildirib ki, Ermənistanın bir tərəfdən Avropa İttifaqına inteqrasiyanı qanunvericilik səviyyəsində hədəf kimi müəyyənləşdirib, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqı üzvlüyünün verdiyi üstünlüklərdən istifadə etməsi Rusiya üçün qəbuledilməzdir.

O, həmçinin qeyd edib ki, Rusiyanın "Tramp marşrutu" layihəsində iştirakı layihəyə yalnız fayda verərdi.

Nazir müavininin sözlərinə görə, marşrutun Azərbaycanla fasiləsiz dəmir yolu əlaqəsini təmin etmək üçün Rusiya dəmir yolu standartlarına uyğun enlikdə inşa edilməsi ehtimalı var.

O xatırladıb ki, dəmir yolları "Cənubi Qafqaz Dəmir Yolu" QSC tərəfindən idarə olunur və bu şirkət Rusiya Dəmir Yollarının törəmə müəssisəsidir.

Qaluzin əlavə edib ki, Ermənistan ərazisindən daşımalar Avrasiya İqtisadi İttifaqının norma və qaydalarına uyğun həyata keçirilməlidir. O vurğulayıb ki, Ermənistan özü də bu ittifaqdan çıxmaq niyyətində olmadığını bəyan edir.

Bundan başqa, onun sözlərinə görə, "Tramp marşrutu" Ermənistanın və İranla sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən mühafizə olunduğu ərazidən keçəcək.

"Beləliklə, istənilən halda Rusiyanın və Avrasiya İqtisadi İttifaqının mövqeyi nəzərə alınmalıdır. Hesab edirik ki, Rusiyanın iştirakı layihəyə yalnız müsbət təsir göstərə bilər", – deyə Qaluzin bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?